Rusiya Nikolayev vilayətinə “S-300” raketi atıb

18 Oktyabr 2022 09:50 (UTC+04:00)

Rusiya ordusu ötən gecə Ukraynanın Nikolayev vilayətinə “S-300” zent-raket kompleksi ilə zərbə endirib.

SİA-nın məlumatına görə, bunu vilayətin Hərbi Administrasiyasının rəhbəri Vitali Kim "Telegram"da yazıb.

O bildirib ki, raket zərbəsi nəticəsində ikimərtəbəli binada dağıntı baş verib, 1 nəfər ölüb.

Bundan başqa, ölkənin Krivoy-Roq, Dnepr, Sumı, Xarkov vilayətlərində də silsilə partlayışların baş verdiyi barədə informasiya yayılıb.