Azərbaycanlı şairin kitabı Təbrizdə çap edilib

18 Oktyabr 2022 08:18 (UTC+04:00)

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Azadə Novruzovanın “Yenə yadıma düşdün” adlı yeni kitabı Təbrizdə “Bu kitabı ürəyimin şəhəri Təbrizə sunuram” epiqrafı ilə çap olunub. SİA xəbər verir ki, kitabda Azərbaycan və fars dillərində müəllifin müxtəlif şeirləri yer alıb. Şeirləri fars dilinə şair-tərcüməçi Xosrov Barışan çevirib. Kitab “Yaşar Qələm” nəşriyyatında çap edilib.

Qeyd edək ki, Azadə Novruzovanın şeirləri eyni zamanda rus, ingilis, ispan, ərəb, yapon dillərinə də tərcümə olunub.