Rusiyada qırıcı qəzasında ölənlərin sayı 13-ə çatıb

18 Oktyabr 2022 07:12 (UTC+04:00)

Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində “Su-34” qırıcısının yaşayış ərazisinə çırpılması nəticəsində ölənlərin sayı 13-ə çatıb, onlardan üçü uşaqdır. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti açıqlayıb.

Bildirilib ki, qəza nəticəsində yaralananların sayı 19 nəfər olub.

Məlumata görə, hadisə yerində xilasetmə-axtarış işləri başa çatıb.