2 nəfər bıçaq xəsarətləri alıb

18 Oktyabr 2022 02:04 (UTC+04:00)

Gəncə şəhərində 2 nəfər bıçaq xəsarətləri alıb. SİA-nın Qərb bürosunun məlumatına görə, Gəncə şəhər sakini, 22 yaşlı F.Paşayev və 38 yaşlı E.Əliyev bıçaq xəsarətləri alıblar. Hadisə şəhər ərazisində yerləşən çayevlərinin birinin qarşısında qeydə alınıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib. Onların hansı şəraitdə xəsarət aldıqları hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.