Türkiyənin Aydın rayonunun Germencik səmtindəki Maqnesiya (Magnesia) antik şəhərindəki Zevs (Zeus) məbədinin yeraltı hissəsindən çıxarılan və əksəriyyəti orijinallığını qoruyan 600-ə yaxın blokun bərpasından sonra məbəd 1700 il sonra bərpa olunacaq.
SİA-nın əldə etdiyi məlumata görə, indiyədək qədim şəhərdə Artemida (Artemis) ziyarətgahı, stadion və amfiteatr sahəsi üzə çıxarılıb. Qazıntılar zamanı həmçinin 80 heykəl və müxtəlif əşyalar tapılıb.
1700 illik tarixə malik Maqnesiya antik şəhərində yerləşən Zevs məbədində qazıntılar 2021-i ildən başlanılıb.
Kran vasitəsilə 600-ə yaxın blokun bir-bir diqqətlə çıxarıldığı ərazidə məbədin yanında böyük sütunlar da daxil olmaqla parçalar qalıb. Buradakı əsərlər bərpa olunduqdan sonra Zevs məbədi ilkin görünüşü ilə qonaqlara təqdim olunacaq.