"Gəncə qurbanlarını unutmadıq, unutmayacağıq və unutdurmayacağıq” - CAHİT BAĞÇI

17 Oktyabr 2022 18:45 (UTC+04:00)

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Gəncə şəhərinin Ermənistan tərəfindən atəşə tutulmasının ildönümü ilə bağlı paylaşım edib. SİA xəbər verir ki, səfir öz “Twitter” hesabında terror qurbanlarını yad etmək üçün Gəncəyə yola düşdüyünü bildirib.

“Ermənistanın Gəncəni və dinc sakinləri raket atəşinə tutmasının 2-ci ildönümündə müqəddəs şəhidlərin xatirəsini yad etmək üçün Gəncəyə yollanırıq. Unutmadıq, unutmayacağıq və unutdurmayacağıq”, – deyə o qeyd edib.