"Fransanın Cənubi Qafqazdakı proseslərə müdaxiləsinə icazə verilməyəcəkdir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.
Onun sözünə görə, Makronun Praqadakı görüşdə iştirak etməsinin yeganə səbəbi odur ki, Paşinyanın mənəvi atası kimi Ermənistanın hansı öhdəlikləri olduğunu öyrənsin və yeni proseslərdən xəbərdar olsun: "Bundan sonrakı proseslərdə Fransa iştirak edə bilməz. Çünki Fransa Cənubi Qafqazda heç bir nüfuza malik deyil. Fransa birtərəflilik və qərəz mövqe sərgiləyərsə proseslərə qoşula bilməz. Ümumiyyətlə, rəsmi Paris dünyadakı münaqişələrdən uzaq olsa, daha düzgün siyasət yeridər. Fransanın Livyada və Afrikada törətdikləri hər kəsə məlumdur".