İl ərzində nə qədər yarış təşkil olunub? - AGF-DƏN AÇIQLAMA

17 Oktyabr 2022 11:49 (UTC+04:00)

Azərbaycan Gimnastika Federasiyasının 7 oktyabr tarixli Təsis Konfransında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın federasiyasının prezidenti seçilməsilə, AGF yenidən qurulmuşdur. Həmin mərhələdə federasiyanın fəaliyyəti özündə bədii gimnastika, kişi idman gimnastikası, tamblinq və akrobatika gimnastikasını ehtiva edir. Bəs il ərzində ölkədaxilində nə qədər yarışlar keçirilib? Mövzu ilə əlaqədar olaraq SİA Azərbaycan Gimnasitika Federasiyasının mətbuat xidmətindən məlumat alıb.

Mətbuat xidmətindən aldığımız məlumata görə, 2022-ci ildə Azərbaycan Gimnastika Federasiyası tərəfindən keçirilən ölkədaxili yarışların siyahısı bunlardır: "29 yanvar 2022-ci il tarixində Milli Gimnasitika Arenasında Batut gimnastikası üzrə 6-cı və tamblinq üzrə 18-ci Azərbaycan birinciliyi və Bakı çempionatı, 24-25 fevral Akrobatika gimnastikası üzrə 27-ci Azərbaycan birinciliyi və Bakı çempionatı, 16-17 mart Bədii gimnastika üzrə 27-ci Azərbaycan çempionatı keçirilib.

Daha sonra Milli Gimnastika Arenasında 25-26 mart tarixində Qadın idman gimnastikası üzrə 6-cı, kişi idman gimnastikası üzrə 27-ci Azərbaycan birinciliyi və Bakı çempionatı, 3-4 may Bədii gimnastika üzrə 27-ci Bakı birinciliyi , 25 may tarixində isə Bakı Olimpiya Kompleksində Aerobika gimnastikası üzrə 6-cı Azərbaycan çempionatı və Bakı birinciliyi keçirilib. Bədii gimnastika üzrə 28 May- Müstəqillik Gününə həsr edilmiş "Dostluq yarışı" 27-28 mayda Şəki Olimpiya İdman Kompleksində təşkil olunub.

4-5 iyun tarixində isə Tərtər Olimpiya İdman Kompleksində Bədii gimnastika üzrə 6-cı bölgələrarası kubok yarışı keçirilib.