"Red Bull Car Drift" yarışının qalibi bəlli oldu - FOTOLAR

16 Oktyabr 2022 15:42 (UTC+04:00)

Dənizkənarı Bulvar ərazisində keçirilən və dünyanın ən məşhur yarışlarından hesab olunan "Red Bull Car Drift" yarışı başa çatıb.

SİA xəbər verir ki, Azərbaycan Avtomobil Federasiyası və Bakı Şəhər Halqası tərəfindən keçirilən yarışda 16 yerli iştrakçı mübarizə aparırdı. Saat 12:00-da start götürən mübarizənin qalibi Adil Axundov olub.

Qalib dekabr ayında Səduiyyə Ərəbistanda keçirilən "Red Bull Car Drift" dünya çempionatında Azərbaycanə təmsil edəcək.