"Red Bull Car Park Drift" in final mərhələsi Bakıda keçirilir - FOTO

16 Oktyabr 2022 12:40 (UTC+04:00)

Dənizkənarı Bulvar ərazisində dünyanın ən gözlənilən yarışlarından biri olan “Red Bull Car Park Drift”in milli finalı keçirilir.

SİA xəbər verir ki, seçiləcək qalib, yəni ən yaxşı drifter, 25 ölkənin qatılacağı “Red Bull Car Park Drift”in Dünya Finalında Azərbaycanı təmsil etmək üçün Səudiyyə Ərəbistanına yola düşəcək.
“Red Bull Car Park Drift” yarışında ən yaxşı şou göstərən 16 nəfər iştirakçı Milli Final mərhələsinə yüksələcək.
" Red Bull Car Park Drift” yarışı Azərbaycan Avtomobil Federasiyası, Bakı Şəhər Halqası və AmsOil maşın yağlarıın təşkilatı dəstəyi ilə keçirilir.