WEEE:''2022-ci ildə 5,3 milyard cib telefonu tullantı olacaq''

14 Oktyabr 2022 19:50 (UTC+04:00)

Bu il dünyada 5,3 milyard mobil telefonun atılacağı təxmin edilir.
SİA BBC-nin yaydığı məlumata istinadən, Beynəlxalq Tullantı Elektrik və Elektron Avadanlıqlar (WEEE) forumu 2022-ci ildə 5,3 milyard mobil telefonun utilizasiya edilmədən atılacağını təxmin edir.

Paltaryuyan maşın və tosterlərdən tutmuş planşetlərə və GPS cihazlarına qədər elektrik və elektron tullantıların "dağının" 2030-cu ilə qədər ildə 74 milyon ton artacağı proqnozlaşdırılır.