Türkiyə və Qazaxıstan peyk istehsalı məsələsində əməkdaşlıq edəcək

14 Oktyabr 2022 17:27 (UTC+04:00)

Türkiyə və Qazaxıstan peyk istehsalı, inkişafı və orbitə buraxılması sahəsində əməkdaşlıq edəcək.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Türkiyənin müdafiə sənayesinin rəhbəri İsmail Demir Kocaeli Gebze Texniki Universitetinin 2022-2023-cü tədris ilinin açılış mərasimində iştirak edib.
Mərasimdən əvvəl mətbuat nümayəndələrinə açıqlama verən Demir prezident Rəcəb Tayyib Ərdoğanı müşayiət edən nümayəndə heyəti ilə 12-13 oktyabr tarixlərində müəyyən görüşlər keçirdiklərini, xüsusilə müdafiə sənayesində müəyyən təşəbbüslərin olduğunu bildirib.
Demir quru vasitələri, pilotsuz uçuş aparatları, silah qüllələri, həmçinin peyk və kosmos məsələlərində müəyyən görüşlərin keçirildiyini qeyd edib.
“Orada Rəqəmsal İnkişaf, İnnovasiya, Aerokosmik Texnologiyalar Nazirliyi ilə onların peyk sınaq mərkəzlərinə baş çəkdik və peyk istehsalı, inkişafı və orbitə buraxılması ilə bağlı anlaşma memorandumu imzaladıq”,-deyə İsmail Demir vurğulayıb.