Rusiya baş nazirinin müavini Aleksandr Novak Rusiya neftinə tavan qiymət tətbiq edən ölkələrə neft tədarük etməyəcəklərini açıqlayıb. SİA xəbər verir ki, ABŞ maliyyə naziri Canet Yellenin Rusiya neftinə tavan qiymətinin 60 dollar tətbiq edilməsi təklifi barəsində Novak danışıb. Rusiyanın baş nazirinin müavini bildirib ki, bu rəqəmin necə əldə edildiyini anlamırıq, nə istəsələr deyə bilərlər. Qiyməti bazara görə müəyyən tələb və təklif balansı ilə müəyyən edilməlidir”.
Rusiyanın tavan qiymətləri tətbiq edən ölkələrə neft tədarük etməyəcəyini vurğulayan Novak qeyd edib ki, Qərbin qiymət tavanının digər tədarükçülərə və hətta qlobal ticarətə hər an tətbiq oluna biləcək pis bir presedent olduğunu vurğuladı.