Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsində bütün uroloji prosedurlar endoskopik, qapalı, açıq və laparoskopik əməliyyatlar icra olunur. SİA xəbər verir ki, bu əməliyyatlardan biri də bu günlərdə Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsinin rəisi, uroloq dr.Bəhruz Xalıqov tərəfindən 28 yaşlı pasiyent üzərində həyata keçirilib. Bu pasiyent 1 ildir ailəli olmasına baxmayaraq, övlad sahibi ola bilməyib. Mərkəzi Gömrük Hospitalında varikosel xəstəliklərində mikroskopik varikoselektomiya əməliyyatı icra olunur, yəni mikrocərrahiyyə yolu ilə problem aradan qaldırılır.
Dr.Bəhruz Xalıqovun sözlərinə görə, müayinə zamanı bu xəstədə sol tərəfdə ciddi varikosel aşkar olunub və varikoselektomiya əməliyyatının icrasına qərar verilib. Artıq əməliyyat uğurla başa çatıb və xəstə özünü yaxşı hiss edir. Dr.Bəhruz Xalıqovun çıxışını Mərkəzi Gömrük Hospitalının youtube kanalında izləyə bilərsiniz. Linki Sizə təqdim edirik.