"Dövlət tərəfindən uşaqlara qayğı göstərilir" - BŞTİ MÜDİRİ AÇIQLADI

14 Oktyabr 2022 15:02 (UTC+04:00)

"Bu gün Bakı şəhəri Təhsil İdarəsi BMT-nin Uşaq Fondunun Azərbayxandakı nümayəndə heyəti ilə birlikdə "Uşaqların müdafiəsi: dialoq mühiti və qurumlararası əməkdaşlıq" mövzusunda konfrans keçiririk". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.

BŞTİ-nin müdiri qeyd edib ki, konfransın əsas məqsədi uşaqların müdafiəsi naminə qurumlararası əməkdaşlığın daha effektiv şəkildə qurulması istiqamətində istər əqli, istər də psixoloji cəhətdən dəstəyin verilməsidir: "Bu istiqamətdə məktəblərdə müəyyən funksiyalar var. Bilirsiz ki, dövlətimiz tərəfindən uşaqlara xüsusi diqqət və qayğı göstərilir. Həmçinin ölkəmizdə uşaqların müdafiəsi ilə bağlı bir sıra tədbirlər görülərək, lahiyələr həyata keçiririk. Mövzu ilə əlqədar olaraq problemlərimizdə var lakin bu problemlərin aradan qalxması üçün birgə şəkildə həll yolu tapmağa çalışırıq".