"Sentyabr ayının əvvəlində qısa dövr ərzində məktəblərdə dərsliklərin təminatı ilə bağlı problem yaranıb". SİA xəbər verir ki, bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bu gün keçirilən “Uşaq müdafiəsi: dialoq mühiti və qurumlararası əməkdaşlıq” adlı konfrans zamanı jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, həmin məsələ öz həllini tapıb və dərslik çatışmazlığı ilə bağlı problem yoxdur.