"Biz qalib gəlməyi çox istəyirdik". SİA xəbər verir ki, bu sözləri "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov heç-heçə hesabla bitən "Qarabağ" - "Olimpiakos" matçından dərhal sonra keçirilən mətbuat konfransında qeyd edib.
Baş məşqçi bildirib ki, matçın sonuna kimi gərginlik davam etdi: "Rəqib komandada çox mübariz şəkildə qalib olmaq istəyirdi. Mən bilirdim ki, futbolçularım yorğundur. Lakin buna baxmayaraq onlara təşəkkür edirəm ki, oyunun sonuna kimi mübarizə apardılar".