Amerikalı rejissor Oliver Stounun Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev haqqında çəkdiyi sənədli filmin çəkilişi Nazarbayevin nəzarətində olan fond tərəfindən ödənilib. Fond çəkiliş üçün ən azı beş milyon dollar ayırıb. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Vlast.kz və OCCRP-nin araşdırmasında deyilir.
Qeyd edək ki, səkkiz hissədən ibarət mini-seriya və müstəqil bədii film 2021-ci ildə buraxılıb. 2021-ci ildə Stoun və filmin rejissoru İqor Lopatenok “The Guardian”a Qazaxıstan hökumətinin çəkilişlərdə iştirak etmədiyini, lakin maliyyələşdirmə ilə bağlı sualları cavablandırmaqdan imtina etdiyini söyləmişdi.
Lakin avqust ayında Nazarbayevin nəzarətində olan xeyriyyə fondlarından biri ilə sənədli filmin müəllifləri arasında vasitəçi vasitəsilə sövdələşmə olduğu məlum olub. Sonra qazaxıstanlı jurnalist Mixail Kozaçkov Qazaxıstan Respublikasının Birinci Prezidentinin Fondu - Elbası ilə Milli Kinoya Dövlət Dəstəyi Mərkəzi (MKKM) arasında müqaviləni əldə edərək, dərc edib.
Sənədə əsasən, dövlət mərkəzi ilkin olaraq “Oliver Stoun sənədli filmi – Qazaxıstan” adlanan filmin istehsalının, təqdimatının və yayımının təşkili üçün fonddan yeddi milyon dollar aldığı bildirilir.
Nazlı Almuradova