Komitə sədri yeni təyin olunmuş səfirlə görüşüb

13 Oktyabr 2022 16:25 (UTC+04:00)

Dövlət Komitəsinin sədri Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfiri ilə görüşüb. SİA xəbər verir ki, 13 oktyabr 2022-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fergus Auldla görüşü keçirilib.

Tanışlıq məqsədi daşıyan görüşdə sülh quruculuğu dövründə qadınların sülh və təhlükəsizlik proseslərində iştirakçılığı, gender bərabərliyinin təmin olunması və gender stereotiplərinə qarşı mübarizə istiqamətində mümkün əməkdaşlıq imkanları və fəaliyyət perspektivləri müzakirə edilib.