Azərbaycanda futbol idman növü zaman keçdikcə inkişaf edir. Bu idman növünün inkişafı istiqamətində yerli klublarımız və məşqçilər üzərlərində çalışaraq, idmanımıza böyük töhfə verirlər. Həmçinin yerli azərkeşlərin də futbola olan marağı getdikcə artır. Bəs ölkəmizdə azyaşlılar arasında futbol idman növünün inkişafı istiqamətində nə kimi işlər görülür? Uşaqlarda bu idman növünün düzgün şəkildə aşılanması məşqçilər təlimlər keçirmi? Mövzu ilə əlaqədar olaraq SİA-nın Qarabağ Futbol Akademiyasının tərkibində olan U-12 komandasının baş məşqçisi Elşad Xudadatov cavablandırıb.

Baş məşqçi qeyd edib ki, Qarabağ Futbol Akademiyasında 8 yaşdan 19 yaşa qədər olan qruplarımız fəaliyyət göstərir: “Mən 1998-ci ildən Qarabağ Futbol Klubunda azyaşlılara dərs keçiriəm. Qarabağ futbol klubu olaraq əsas hədəfimiz bacarıqlı və potensial uşaqları tapıb komandamıza cəlb etməkdir. Uşaqlar arasında futbol idman növünün yaxşı inkişaf etməsi onlara dərslər zamanı 6 mühüm qaydanı aşılamaq lazımdır. Bu qaydalar bunlardır:
1.Topa hakim olmaq
2. Sürət
3.Topu düzgün idarə etmək
4.1X1
5. Qol vuruşlarına diqqət etmək.
6.Kiçik qrup oyunlar 5X5, 6X6 və s.
Bizdə klub olaraq dərslər zamanı bu qaydaları uşaqlara aşılayırıq ki, onların bilik və bacarıqları mütəşəkkil şəkildə təşkil olsun. Biz dəfələrlə Bakıda, Ağdamda, Quzanlıda, Qusarda, Lənkaranda seleksiya işləri aparmışıq. Seleksiya işlərinin aparılması nəticəsində biz talantlı gənclər taparaq onları komandamıza cəlb edirik. Bu günkü “Qarabağ”- “Olimpiakos” matçında da əsas heyətdə çıxış edən Qara Qarayev, Maksim Medvedev 2005-ci ildə seleksiya sayəsində tapdığımız futbolçulardır”.