MGH-nin uşaq cərahı VII Dünya Uşaq Cərrahiyyəsi konqresində iştirak edir

13 Oktyabr 2022 12:46 (UTC+04:00)

Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinin uzman uşaq cərrahı 12-15 oktyabr 2022-ci il tarixlərində Dünya Uşaq Cərrahları Assosiasiyasının təşkilatçılığı ilə Çexiya Respublikasının Praqa şəhərində keçirilən VII Dünya Uşaq Cərrahiyyəsi konqresində iştirak edir. SİA xəbər verir ki, konqresdə uşaq urologiyası, uşaq torakal cərrahiyyəsi, uşaq abdominal cərrahiyyəsi, yenidoğulmuş uşaqlarda anadangəlmə patalogiyalara müasir cərrahi yanaşmalar, uşaqlarda robotik cərrahiyyə kimi mövzular geniş müzakirə olunur. Dünyanın müxtəlif ölkələrindən – ABŞ, İtaliya, İngiltərə, Kanada və digər ölkələrin nüfuzlu tibb müəssisələrində çalışan tanınmış professorlar konqresdə pediatrik cərrahiyyə sahəsində ən qabaqcıl nailiyyətlər, innovasiyalar və mürəkkəb cərrahiyyə əməliyyatları haqqında müzakirələr edirlər.

Qeyd edək ki, Ümumdünya Uşaq Cərrahiyyəsi Konqresi 3 ildən bir olaraq dünyanın müxtəlif ölkələrində keçirilir.