Mərkəzi Gömrük Hospitalının həkim-ginekoloqu Nigar Məmmədova Türkiyə Vahid tibb məktəbinin təşkilatçılığı ilə 13-16 oktyabr 2022-ci il tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən III Vahid Tibb konqresində iştirak edir. SİA xəbər verir ki, dünyanın aparıcı mütəxəssislərinin iştirakı ilə keçirilən tədbirdə hüceyrə sağlamlığının önəmi, oksidiv stress, hemodinamik pozğunluqlar, birləşdiricı toxuma disfunksiyası, xroniki zəhərlənmə, metabolik pozğunluqlar və digər mövzularda təqdimatlar edilir, ginekologiya sahəsində olan son tibbi yeniliklər müzakirə edilir.