Şagirdlərin elektron yerdəyişməsinin vaxtı açıqlanıb

13 Oktyabr 2022 10:03 (UTC+04:00)

Şagirdlərin elektron yerdəyişməsi prosesinin vaxtı açıqlanıb.

SİA-nın məlumatına görə, bu barədə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bu gün "Facebook" səhifəsində paylaşım edib.

Qeyd edilib ki, 17 oktyabr 2022-ci il saat 11:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesinə start veriləcək.