Livan Səhiyyə Nazirliyi ötən həftədən ölkədə yayılmağa başlayan vəba xəstəliyindən 1 nəfərin öldüyünü açıqlayıb. SİA xəbər verir ki, Nazirlik ölkənin şimal bölgəsində yayılmağa başlayan vəba xəstəliyi ilə bağlı ən son məlumatları paylaşıb.
Açıqlamada, son 24 saatda 1 xəstənin vəbadan öldüyü, 8 nəfərin isə vəbaya tutulduğu bildirilib. Bundan əlavə, bəyanatda ölkədə halların sayının ümumilikdə 26-ya yüksəldiyi qeyd edilib. Livanın rəsmi xəbər agentliyi NNA oktyabrın 6-da bildirib ki, ölkədə 1993-cü ildən bəri ilk vəba hadisəsi aşkarlanıb.