Sabahdan bu metro stansiyalar tez bağlanacaq

12 Oktyabr 2022 16:44 (UTC+04:00)

Bənövşəyi xəttin “Xocəsən-Avtovağzal” sahəsində qatarların hərəkətinin təhlükəsiz təşkili dair sistemlərin sazlama və sınaq işlərinə başlanılır.

Bu barədə SİA-ya Bakı Metropolitenindən bildirilib.

Bununla əlaqədar oktyabrın 13-dən oktyabr 16-na qədər Bənövşəyi xəttin stansiyaları (“Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr”) sərnişinlərin girişinə saat 23:30-da bağlanacaq və qatarların hərəkəti məhdudlaşdırılacaq.