Bildiyimiz kimi, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında qanun qəbul edilib. Bəs, bu qərar ölkəmizdəki səhiyyə sisteminə nə kimi töhfələr verəcək? SİA mövzu ilə bağlı cərrah, mama-ginekoloq Ləman Əliyevanın fikirlərini öyrənib.
Onun sözlərinə görə, bu, çox müsbət bir qərardır: "Çünki məlum olduğu üzrə koronavirus infeksiyası ilə məşğul olan tibb işçilərinin həyatları daim təhlükə altında olub. Yəni, onlara heç kim zəmanət verməyib ki, koronavirusa yoluxmayacaqlar. Onlar bu infeksiyaya yoluxmuş xəstələrlə işləmək məcburiyyətində olublar. Hamının da sağlamlıq durumu eyni deyil. Yəni, həkimlərin də içərisində sağlamlıq baxımından zəif və güclü olanı var".
Ləman Əliyeva sözlərinə belə davam edib: "Düşünürəm ki, bu həkimlərin əməkhaqlarında artım olması çox müsbət haldır".
Ayşən Vəli