Sabah Tofiq Bəhramov adına stadionda UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur çərçivəsində “Qarabağ” – “Olimpiakos” komandaları arasında oyun baş tutacaq. Oyun üçün nəzərdə tutulan biletlərin hamısı satılıbmı, ümumilikdə satılmayan nə qədər bilet qalıb? Mövzu ilə əlaqədar olaraq SİA-nın sorğusuna “Qarabağ” futbol komandasının mətbuat katibi Gündüz Abbaszadə cavab verib.

Mətbuat katibi qeyd edib ki, "Qarabağ" və Yunanıstan "Olimpiakos"u arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu üçün satışa çıxarılan 29 000 biletin hamısı satılıb: “Bu gün qalan cəmi 2 000 bilet satışa çıxarılıb. Demək olar ki, həmin biletlər də satılmaq üzrədir. Qeyd edim ki, yunanlı azərkeşlər üçün nəzərdə tutulan yerlərində sabah satışa çıxarılacağı ehtimal olunur. Bununla əlaqədar olaraq onlarla əlaqə saxlanılacaq. Yunanlı azərkeşlərin gəlməyəcəyi təqdirdə həmin yerlər də yerli azərkeşlərimizin istifadə etməsi üçün satışa çıxarılacaq”.