"Fikrimcə, nəticə bizim xeyrimizə olacaq". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "Qarabağ" komandasının futbolçusu Ramil Şeydayev bildirib.
Futbolçu qeyd edib ki, sabah bizi çətin oyun gözləyir: "Biz bunun komanda olaraq fərqindəyik. Sabah bütün azərkeşlərimizin bizi yüksək şəkildə dəstəkləməsini gözləyirik".