"Biz rəqibə qarşı ciddi yanaşmalıyıq. Çünki rəqib komanda bu oyuna son şans kimi baxır". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Qurban Qurbanov bildirib.
Baş məşqçi qeyd edib ki, onlar da bu oyuna yaxşı hazırlaşıblar: "Komandamdakı futbolçular yorğun olsalar da, bizdə çox yaxşı hazırlaşırıq. Səfər oyununda qələbə əldə etsək də, səhvlərimiz var idi. Təbii ki, biz bunları sonradan oyuna baxdığımız zaman fərqinə vardıq. Çalışmalıyıq ki, sabahkı oyunda yaxşı nəticə əldə edək".