Ermənilərin təxribatçı əməllərinə CƏMİYYƏTİN BAXIŞI - SORĞU

12 Oktyabr 2022 12:02 (UTC+04:00)

Ermənistan silahlı qüvvələri son aylar ərzində intensiv olaraq Azərbaycan sərhəddində atəşkəsi pozaraq ordumuzun Kəlbəcər, Laçın və bəzi hallarda Daşkəsən, Gədəbəy və Zəngilan istiqamətində mövqelərini atəşə tutur. Bunun nəticəsi olaraq Ermənistan tərəfi səhəddə gərginliyin yaranmasına səbəb olur. Bəs paytaxt sakinləri Ermənistanın bu cür təxribatçı əməlləri barədə nələr düşünür? Mövzu ilə əlaqədar olaraq SİA şəhər sakinləri arasında sorğu keçirib.

Şəhər sakini Asif Cəfərov: “Ermənistan hər zaman öz təxribatçı əməllərini həyata keçirib. Çünki onlar xəyanətkar xislətə malik olan bir toplumdur. Məhz bu səbəbdən də onlar razılığa gələ bilməyib, öz əməllərini həyata keçirməkdə davam edirlər. Fikrimcə, ermənilərin həyata keçirdiyi təxribatlara hər zaman olduğu kimi bu gündə ordumuz tərəfindən layiqincə cavab verilir”.

Şəhər sakini Tükəzban Sultanova: “Azərbaycanlı vətəndaş olaraq ermənilərin bizim əleyhimizə etdiyi hər bir şey məndə böyük qıcıq yaradır. Çünki heç bir millət onun vətəninin oğullarının şəhid olmasını istəməz.

Biz 44 günlük müharibədə bütün dünyaya öz gücümüzü bir daha sübut etdik. Ermənilərin üzərində böyük qələbə qazanaraq nələrə qadir olduğumuzu onlara göstərdik. Lakin mundar xislətli millət bundan dərs götürmədi”.

Şəhər sakini Müşfiq Əliyev: “Ermənilərin nəsli kəsilməlidir. Biz Vətən müharibəsində onların başını dəmir yumruğumuzla əzməyi bacardıq. Onlara nə qədər yaxşılıq etsən də, ermənilər bunun fərqinə varmayacaqlar. Çünki onlar bu cür bir millətdir. Mən düşünürəm ki, onların bu törədikləri təxribatların qarşısı birmənalı şəkildə alınmalıdır. Çünki ermənilərin alçaq əməlləri nəticəsində bizim cavan oğlanlarımız şəhid olur. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Şəhər sakini Çinarə Qədirova: “Mən özüm Şirvan rayonundanam. Bizim rayona 44 günlük Vətən müharibəsində çoxlu sayda şəhid gəldi. İnanın ki, bizim rayonumuza hər dəfə şəhid gələndə ailəvi olaraq çox pis şəkildə sarsılırdıq. Çünki hər bir rayonun, elin, obanın şəhidi hamımızın şəhididir. Mən hesab edirəm ki, artıq Azərbaycan şəhid verməməlidir. Çünki bizim qeyrətli oğullarımız, torpaqlarımızı geri aldı. Artıq bununla da onların şərəfsiz əməlləri dayandırılmalıdır”.

Şəhər sakini Nadir Hüseynov: “Allah ermənilərə lənət eləsin. Onların 300 il ərzində Azərbaycan torpaqlarında gözləri olub. O qədər acgöz bir millətdir ki, heç vaxt əlində olanla kifayətlənməyi bacarmayıblar. Biz 21 əsrdə möhtəşəm qələbəyə imza atdıq. Təbii ki, bu zəfər Ali Baş Komandan İlham Əliyevin və onun tapşırığına sadiq qalan ordumuzun gücü sayəsində reallaşdı. Qarabağ Azərbaycandır! Allah ordumuzu qorusun, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə də can salığı versin”.

Şəhər sakini Elmar Oqtayov: “Mən hesab edirəm ki, müharibə bitəndən sonra Ermənistan tərəfinin sərhəd ərazilərimizdə gərginlik yaratması vandal bir xalqın nümunəsidir. 30 il ərzində onlar bütün dünyanın gözü qarşısında Azərbaycana qarşı əfv olunmayacaq əməllər törədiblər. Lakin dünya birliyi hələ də o əməllər qarşısında susur”.