Əhməd İsmayılov media nümayəndələrinə çağırış edib

12 Oktyabr 2022 11:45 (UTC+04:00)

“Jurnalist vəsiqəsinin verilməsi “Media haqqında” qanunda nəzərdə tutulur. Xahiş edirəm ki, media subyektləri “vahid” sözünü jurnalist vəsiqəsi sözünün qarşısında istifadə etməsinlər”. SİA-nın verdiyi məlumata bu sözləri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Media Reyestrində olmayan jurnalistlərin fəaliyyəti ilə bağlı heç bir maneə olmayacaq: “Vəsiqə sadəcə olaraq jurnalist vəsiqəsi adlanır”.