İtaliyada 141 milyon dozadan çox peyvənd tətbiq olunub

12 Oktyabr 2022 07:22 (UTC+04:00)

İtaliyada indiyədək COVID-19 infeksiyası əleyhinə 141 milyon dozadan çox peyvənd vurulub. SİA xəbər verir ki, ölkədə 2020-ci il dekabrın 27-dən etibarən aparılan vaksinasiya kampaniyası çərçivəsində bu vaxtadək 141 milyon 28 min 497 doza peyvənd vurulub. Birinci doza peyvənd qəbul edənlərin sayı 49 milyon 435 min 871 nəfər (12 yaşdan yuxarı əhaliyə nisbəti 91,56 faizdir), hər iki doza peyvəndlərini tamamlayanların sayı 48 milyon 693 min 763 nəfərdir (peyvənd olunanların 12 yaşdan yuxarı əhaliyə nisbəti 90,18 faizdir).

Keçən il sentyabrın 20-dən etibarən ümumilikdə 40 milyon 183 min 990 doza əlavə peyvənd tətbiq edilib, 2 milyon 251 min 23 nəfərə isə ikinci “buster” doza vaksin vurulub.