Türkcə dünya gənclərinin öyrənməyə üstünlük verdiyi 5-ci dildir

11 Oktyabr 2022 19:16 (UTC+04:00)

Türk Dil Qurumunun (TDK) sədri, professor doktor Gürer Gülsevin türk dilinin dünya gənclərinin öyrənməyə üstünlük verdiyi 5-ci dil olduğunu bildirib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Kütahya şəhərində keçirilən “Dünya Dili Türkcə” başlıqlı konfransa qatılan Gürer Gülsevin türkcənin dünya dilinə çevrildiyini deyib.

Türk dilinin tarixin ən qədim dövrlərindən bəri yazı, ədəbiyyat, dövlət, rəsmi və təhsil dili olduğuna diqqət çəkən Gülsevin deyib:

"Türkiyenin də hazırda iqtisadiyyatı ilə, hərbi və mədəni qüdrəti ilə başda yerləşdiyi coğrafiyamız olmaqla, ermənilərdən, ruslardan, ərəblərdən tutmuş bütün Cənubi Amerikaya qədər olan etibarı türkcəyə olan tələbə çevrilmişdir".

Professor Gülsevin dünyada gənclərin öyrənmək üçün üstünlük verdiyi beşinci dilin türk dili olduğunu vurğulayıb.