"Hər zaman dövlət tərəfindən tibb işçilərinə yüksək qayğı nümayiş olunub" - İNFEKSİONİST DANIŞDI

11 Oktyabr 2022 18:19 (UTC+04:00)

“Azərbaycanda hər zaman dövlət tərəfindən tibb işçilərinə yüksək qayğı nümayiş olunub”. Bu fikirləri SİA-ya açıqlamasında infeksionist Vasif Əliyev bildirib.

İnfeksionist qeyd edib ki, pandemiya dövründə tibb işçilərinin əmək haqların da artım olunub: “Çünki bu virusla yaxın təmasda olan həkimlər bir növ öz həyatlarını da riskə atmış olurlar. Biz hər birimiz koronavirusun ölkəmizdə kəskin şəkildə yayıldığı zamanlarda tibb işçilərimizin xəstələrə qarşı olan etimadı və diqqəti göz önündə idi. Təbii ki, tibb işçilərimizin öz fəaliyyətlərinə sadiq yanaşması dövlətimizin diqqətindən yayınmadı. Həmçinin qeyd etmək istərdim ki, yalnız koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin deyil, bütün həkimlərin əmək haqlarında artım müşahidə olunur. Lakin fikrimcə, Azərbaycanda həkim maaşları standartlaşdırılsa daha yaxşı olar. Çünki bəzi xəstəxanalar TƏBİB-in, bəzi xəstəxanalar isə Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Məhz bu səbəbdən də əmək haqlarında fərqlər hiss olunur. Məncə, bu yaranmış paradoks aradan qaldırılsa çox yaxşı olar”.