"Ermənistan İranda sülh müqaviləsi imzalayıb, Şuşanı işğal etdi" - HƏRBİ EKSPERT DANIŞDI

11 Oktyabr 2022 17:53 (UTC+04:00)

“Ermənistanın son aylar ərzində intensive olaraq Azərbaycan sərhəddində atəşkəsi pozaraq ordumuzun Kəlbəcər, Laçın və bəzi hallarda Daşkəsən, Gədəbəy və Zəngilan istiqamətində mövqeylərimizi atəşə tuturlar”. Bu fikirləri SİA-ya açıqlamasında hərbi-ekspert Ədalət Verdiyev bildirib.

Hərbi-ekspertin sözlərinə görə, onların bu təxribat istiqamətli əməlləri Azərbaycan tərəfini daha adekvat və təsirli tədbirlər görməyə vadar edir: “Erməni təxribatlarının yaxın perspektivdə başa çatacağını gözləmək doğru olmaz. Hətta sülh müqaviləsinin imzalanması belə erməni tərəfi bu addımlardan çəkindirməyəcək. Çünki Ermənistan 1992-ci ilin mayın əvvəlində İranda atəşkəslə bağlı müqaviləni imzalayıb, səhəri gün Şuşanı işğal etdi. Təbii ki, bu faktı unutmaq mümkün deyil. Müharibə zamanı oktyabrın 10-da Ermənistan humanitar atəşkəslə bağlı razılığa imza atdıqdan sonra Gəncə şəhərini taktiki raketlərlə atəşə tutduğunu da xatırlatmaq yerinə düşər. Odur ki, ordumuz erməınistan tərəfindən hanıssa atəşkəs pozuntusunun baş verdiyi düşmən mövqeylərini darmadağın etməli və həmin mövqeylər də Azərbaycan bayrağı ilə şəxsi heyətimizi yerləşdirməlidir”.