"Rusiyanın Ukraynaya məğlub olması imicinə mənfi təsir edəcək" POLİTOLOQ ŞƏRH EDİB

11 Oktyabr 2022 17:23 (UTC+04:00)

"Rusiya və Ukrayna arasında müharibə getdikcə daha da şiddətlənir". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, hər kəs Ukraynanın çox asanlıqla torpaqlarını azad etdiyini düşünsədə, Kırım körpüsündə baş verən partlayışdan sonra Rusiya Kiyev başda olmaqla bir sıra şəhərləri raket atəşinə tutdu: " Hadisələr bu ilin mart ayını xatırladır. Həmin dövrdə də Ukraynanın bütün şəhərləri bombardman olunurdu. Elece də Donbas bölgəsinin uzağında qərbdə yerləşən Livova da raket zərbələri endirildi. Eyni zamanda Kiyevin metropoliteni yenidən sığınacaq kimi istifadə edilməyə başlandı. Digər tərəfdən Kiyevdə olan xarici ölkələrin diplomatları da ölkəni tərk edəcəkləri ilə bağlı qərar qəbul etdilər. Bu onu göstərir ki, Rusiya çox aqresiv bir dövlətdir və baş verən proseslərin qisası çox bir zamanda həyata keçirildi. Rusiya nüvə təhdidi ilə özünə birləşdirdiyi dörd Ukrayna vilayətini də legitimləşdirmək istiqamətində çalışır".

Politoloq İlyas Hüseynov sözlərinə əlavə edərək qeyd edir ki, eləcə də Putinin əsas istəyi Zelenskini masa arxasına oturtmaqdır: " Buna görə Rusiya müxtəlif addımlar atır. Ukrayna tərəfi də ərazi bütövlüyünü qorumaq uğrunda sona qədər mübarizə aparacaqlarını bəyan edir. Qeyd edim ki, qərbin Ukraynaya dəstəyi davam edir. Bilirsiniz siyasi hərbi dəstəklə yanaşı G7-nin Ukrayna mövzusunda toplanması da gözlənilir. Digər məsələ bundan ibarətdir ki, Ukraynada Rusiyanın məğlub olması da Rusiyanın imicinə mənfi təsir göstərəcək. Çünki Ukrayna nə NATO-nun, nə də Avropa İttifaqının da üzvü deyil. Bu dövlətə məğlub olmaq gələcəkdə Rusiyanın imicinə və beynəlxalq nüfuzuna mənfi təsir göstərəcək. Ukrayna həmdə qərb üçün əhəmiyyətlidir. Ukraynada Rusiyanın qələbəsi digər dövlətlərə də təsir edə bilər. Proseslər onu göstərir ki, müharibə tez bir zamanda bitməyəcək".