“Qırğızıstan Azərbaycanın əməkdaşlıq etdiyi ən önəmli Mərkəzi Asiya ölkələrindən biridir. Bütövlükdə nəzərə almaq lazımdır ki, bu gün Azərbaycan Türk dövlətlər təşkilatının nəzdində inteqrasiyanın, eyni zamanda dövlətlərarası münasibətlərin inkişafında vacib və kilit nöqtələrdən birini təmsil edir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.
Politoloq qeyd edib ki, ölkəmiz dövlətlər təşkilatının koordinasiya edilməsi, həmçinin türk dövlətlər təşkilatının tərkibində ayrı-ayrı ölkələri ilə əlaqələrin daha da kompleksləşdirilməsi, gücləndirilməsi yönündə böyük siyasi kurs həyata keçirdir: “Bu gün Qırğızıstan-Azərbaycan əlaqələri kifayət qədər yüksək səviyyədədir. Bu iki ölkə təkcə siyasi deyil, eyni zamanda iqtisadi, mədəni, humanitar sahələrdə geniş vektorlu əməkdaşlıq həyata keçirirlər. Bu baxımdan Azərbaycan-Qırğızıstan münasibətlərinin daha da inkişaf etdirilməsi və eyni zamanda bu 2 ölkə münasibətlərinin kontekstində türk dövlətləri təşkilatları nəzdində inteqrasiya modelinin daha da sistemləşdirilməsi baxımından cənab Prezidentin Qırğızıstana səfərinin mühüm əhəmiyyəti olacaq”.