“Həkimlərimizi tanıyın!” rubrikamızda

11 Oktyabr 2022 14:14 (UTC+04:00)

Mərkəzi Gömrük Hospitalının yüksək ixtisaslı travmatoloq-ortoped Müseyib Əhmədovu təqdim edirik

Dr.MÜSEYİB ƏHMƏDOV 1988-1994-cü Azərbaycan Tibb Universitetini bitirib. 1994-1995-ci illərdə o, 1 saylı Hərbi Hospitalda Travmatologiya və ortopediya ixtisası üzrə İnternatura, 1997-1998-ci illərdə isə Ukraynanın Xarkov şəhərində Sitenko adına Travmatologiya və Ortopediya İnstitutunda Ordinatura keçib.

Həkimlik fəaliyyətinə Ukraynanın Mariupol şəhərində başlayan doktor vətənə qayıtdıqdan sonra Bakı şəhəri Travmatologiya və Ortopediya Klinik Xəstəxanasında, 2002-2009-cu illərdə Səudiyyə Ərəbistan Krallığının Bureydah şəhərində yerləşən Bureydah Mərkəzi Hospitalında həkim travmatoloq-ortoped vəzifəsində çalışıb. 2009-cu ildən etibarən isə Mərkəzi Gömrük Hospitalının komandasındadır.

İxtisası üzrə bilik və bacarıqlarının artırılmasına daim çalışan Müseyib doktor 2001-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Travmatologiya və Ortopediya ixtisası üzrə 3 aylıq İxtisasartırma, 2003-cü ildə (ATLS) Committae on Trauma American College of Surgeons, 2004-2010-cu illərdə isə İsveçrə, Malta və Ukraynada AO Synthes və AO Trauma kurslarını bitirib. Çalışdığı sahələr üzrə ortopedik və travmatoloji müayinələrin müasir metodlarla aparılması, sınıqların cərrahi müalicəsi, süni oynaqların köçürülməsi (Endoprotez), vertebra cərrahiyyəsi, artoskopik cərrahiyyə, ön çarpaz bağ, menisk cırılması, idman travmaları, uşaq ortopedik cərrahiyyəsi, bud-çanaq oynağının anadangəlmə çıxıqları, yaşlı pəncəlik, uşaqlarda anadangəlmə anamaliyalar və deformasiyalar, estetik ortopedik cərrahiyyə və s. böyük təcrübə qazanıb.

Doktor həkimlik fəaliyyəti ilə bərabər, həmçinin, çoxsaylı mötəbər beynəlxalq və yerli konfrans, seminar və toplantılarda da iştirak edib. Bu sıradan olan 2011-2014-cü illərdə Avstriya-Salzburg və İtaliya-Roma: Oynaq və sümük cərrahiyəsi, 2016-cı ildə Avstriya-Salzburg: Uşaq ortopediya və travmatologiyası, 2017-ci il (24-29 oktyabr) TOTBID-Türkiyə-Antaliya-27-ci Ulusal Türk Ortopedi və Travmatoloji konqresi, 2018-ci ildə (29may-01 iyun) EFORT-European Federation of National Association of Orthopedics and Traumatology 19-cu Konqresi qeyd etmək olar.

Üzv olduğu qurum və təşkilatlar:

• Səudiyyə Ərəbistanın Tibb Assosiyasiyası

• Avropa “AO. Spine” Cəmiyyəti

Müseyib Əhmədovun qəbuluna yazılmaq üçün əlaqə nömrə: (012) 404 08 08.