"Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) IV Avrasiya Risk Beynəlxalq Konfransının təşkilatçısıdır. Konfransda 20 xarici ölkədən gələn qonaqlar iştirak ediblər". Bu fikirləri Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova bildirib.
O qeyd edib ki, risk mövzusu müasir dünya üçün çox aktual mövzudur: "Həyatımız risklərlə doludur və bu qlobal problem bəşəriyyət inkişaf etdikcə daha da artır. Bu konfransda bu kimi məsələlərin müzakirəsi, qarşısının alınma yolları, idarə edilməsi işıqlandırılıb və məruzə edilib. Düşünürəm ki, konfransda sanballı alimlərin çıxışları, məruzələri bu məsələnin həlli üçün çox gözəl bir töhfə olacaq. Müasir həyatımızın faciəli risklərindən olan müharibələrdən, müxtəlif ölkələr arasında baş verən münaqişələrdən danışmaya bilmərik. Bu gün 44 günlük müharibənin II ildöbümünü qeyd edirik və hər gün 2 il öncə yaşananları yada salırıq”.