Müğənni Zemfira Kiprin Limassol şəhərində verdiyi konsertdə səhnədən müharibə əleyhinə çıxış edib. Salondakı dinləyicilərdən biri tərəfindən hazırlanmış müvafiq video bazar günü axşam “ÇTD” teleqram kanalında görüntülənib. ...Bu gün müharibənin 228-ci günüdür, cəhənnəmin 228-ci günüdür ki, bu reallığa çevrilib”, - deyə Zemfira bildirib. Bütün bu müddət ərzində bu barədə düşünürdüm və özümlə danışırdım. Səhnədən danışmağı sevmirəm və bilmirəm, amma hər gün dua edirəm ki, bu müharibə dayansın, ölkəm bu müharibəni dayandırsın...
Bundan sonra müğənni “Atma” mahnısını ifa edib.
Oktyabrın 9-da Zemfiranın Limassolda keçirilən konserti daha əvvəl Rusiyanı tərk etmiş müğənninin dünya turunda ilkidir. Növbəti ay ərzində Zemfira Tel-Əviv, İstanbul, Vyana, Praqa, Offenbax-am-Mayn, Hamburq, Berlin, Paris və Haaqa şəhərlərində çıxış edəcək. Turun yekun konserti noyabrın 3-də Londonun ən nüfuzlu konsert salonlarından birində - Royal Albert Hallda nəzərdə tutulub.
Qeyd edək ki, rus ordusunun Ukrayna ərazisinə genişmiqyaslı müdaxiləsindən sonra onlarla məşhur rus musiqiçisi müharibəyə qarşı çıxdı. Nəticədə onların əksəriyyəti Rusiyadakı konsertlərinin ləğvi ilə üzləşib. Musiqiçilərin bəziləri ölkəni tərk edib, bəziləri hakimiyyət tərəfindən təqiblərə məruz qalmaqdadırlar.
Məsələn, bir müddət bundan əvvəl peterburqlu reper Oksimiron (Miron Fedorov) “xarici agent” kimi tanınıb. Qrupun lideri və qurucusu Yuri Şevçuk Rusiya ordusunun hərəkətlərini gözdən salmaqda ittiham edilərək 50 min rubl cərimə edilib.
...İyul ayında məlum olub ki, konsert agentlikləri rusiyalı sənətçilərlə müqavilələrə səhnədən siyasi və müharibə əleyhinə bəyanatlar verməyi qadağan edən bəndlər daxil etməyə başlayıb. Musiqiçilərə Ukraynanın dövlət rəmzlərindən də istifadə etmək qadağandır.
...Deməli, Zemfira da “yandı”.
Budur, rok müğənnisi Zemfiranın mahnıları Rusiya radiostansiyalarının efirindən silinib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Solenka.info” xəbər verir.
Avropa Media Qrupu yayım holdinqi bu məlumatı təsdiqləyib. Şirkətdən verilən məlumata görə, guya bu, rusiyalı dinləyicilərin ifaçının mahnılarına marağı dayandırması ilə əlaqədar olub.
Yalansa...
Ağasəf Babayev