"Füzuli səfəri rəmzi məna daşıyır" - MİLLƏT VƏKİLİ DANIŞDI

10 Oktyabr 2022 17:14 (UTC+04:00)

“Cənab Prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyevanın 27 sentyabr tarixində Füzuliyə səfər etməsinin rəmzi mənası var”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı bildirib.

Millət vəkili qeyd eidb ki, torpaqlarımızın düşmən tapdağından qurtarılmasında ilk addımlarımızı məhz Füzuli istiqamətində atmışıq: “Bu səfər bütün şəhidlərimizin ruhuna ehtiram anlamı daşıyır. Həmçinin orada qayadan abidənin qoyulması millətimizin, ordumuzun qayalar kimi əzəmətli olduğunu göstərir. Bu torpaqlarımız işğaldan azad ediləndən sonra Qarabağın qala qapısı hesab edilən Füzuli Beynəlxalq Hava Limanı fəaliyyətə başladı. Füzulidən Şuşaya gedilən yollar çəkildi. Belə bir səfər millətimizin milli-mənəvi ruhunun yüksəldilməsi baxımından da mühim əhəmiyyət təşkil edir”.