"Bu qələbə 21-ci əsrin zəfəridir" - HƏRBİ EKSPERT DANIŞDI

10 Oktyabr 2022 16:47 (UTC+04:00)

“44 günlük Vətən müharibəsi bütün dünyaya göstərdi ki, Azərbaycan xalqı qəhrəman və mərddir”. Bu sözləri SİA-ya açıqlamasında hərbi-ekspert Emin Həsənli bildirib.

Ekspert qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrikliyi, uzaqgörənliyi və böyük sərkərdə olması nəticəsində torpaqlarımız 44 günlük Vətən müharibəsində geri alındı: “Bu müharibə Azərbaycan əsgərinin nə qədər döyüşkən, gənclərimizin isə bir bayraq altında birləşməsini göstərdi. Bəzi ölkələr proqnozlaşdırılmamış müharibə apararaq, sonraki hadisələrdən xəbərdar olmurlar. Lakin bizdə isə hər bir proses mütəşəkkil şəkildə təşkil edilmişdir. Bütün lazımi olan və eyni zamanda öncədən planlaşdırılmış və təlim keçən şəxslər hərbi hissəyə təhvil verilirdi.

44 günlük Vətən müharibəsi dönəmi ordumuz bütünlüklə tamlıq təşkil edirdi. Bununla da Azərbaycan ordusu möhtəşəm qələbə qazandı. Xalqımız hər zaman bu qələbəni yüksək şəkildə qeyd edəcək. Bu elə bir qəhrəmanlıq dastanıdır ki, bu qələbə 21-ci əsrin zəfəridir. Mən əminəm ki, gələcək nəsillər öz ata-babaları ilə qürur duyacaqlar. Vətən müharibəsi Azərbaycan üçün çox mühüm əhəmiyyət kəsb edir. Bizim zəfər tairiximiz böyük sərkərdə ilə ordunun birləşməsi nəticəsində əldə olundu. Bütün parametrlər yüksək səviyyədə idi. Bu dönəmlərdə hər kəs sanki bütünləşərək qələbə üçün çalışırdı”.