Dr.Sevinc Kərimova canlı yayımda çıxış edəcək

10 Oktyabr 2022 10:35 (UTC+04:00)

Hörmətli İzləyicilər, bizi CANLI YAYIMda izləyin! Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı dermatoveneroloqu Dr. Sevinc Kərimova 14 oktyabr 2022-ci il tarixində saat 16.00-da “İnsan Papilloma virusu nədir?” mövzusunda canlı yayımda çıxış edəcək və sizin suallarınızı cavablandıracaq. SİA xəbər verir ki, sualları canlı yayım vaxtı və yaxud öncədən də ünvanlaya bilərsiniz!

Canlı yayım Mərkəzi Gömrük Hospitalının rəsmi Facebook səhifəsi üzərindən yayımlanacaq (https://www.facebook.com/customshospital/). Sualları canlı yayım vaxtı və yaxud öncədən Mərkəzi Gömrük Hospitalının facebook səhifəsi vasitəsilə ünvanlamaq mümkündür

Dr. SEVİNC KƏRİMOVANIN iştirakı ilə Mərkəzi Gömrük Hospitalında allergik dermatit və dermatozlar, ekzema, psoriaz, demodekoz, müxtəlif etiologiyalı dəmrovlar, acne vulqaris, ocaqlı alopesiyalar, döyənəklər, dərinin, dırnağın və saçların göbələk xəstəlikləri, zöhrəvi xəstəliklər - xlamidioz, mikoplazma, ureaplazmoz, qonoreya, trixomoniaz, herpes və digər zöhrəvi xəstəliklərin müasir üsullarla diaqnostikası və müalicəsi həyata keçirilir. Həmçinin, viruslu ziyillər, ət xalları adlandırdığımız papilloma, epitelioma, bazalioma və s. dəri törəmələrinin kriodestruksiya üsulu ilə ağrısız, fəsadsız götürülməsi prosedurları icra edilir. Dr. Sevinc Kərimova 1992-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmiş, 1992-1993-cü illərdə Mərkəzi Hövzə xəstəxanasında internatura keçmişdir. 1996-2009-cu illərdə Dövlət tibb müəssisəsində həkim-dermatoveneroloq kimi çalışıb. Dr.Sevinc Kərimova 2009-cu ildən Mərkəzi Gömrük Hospitalında həkim-dermatoveneroloq işləyir.

Dr.Sevinc Kərimova Türk Dermotoloji dərnəyinin, Avropa Asiya Dermotoloqlar cəmiyyətinin və Rusiya Dermotoloji dərnəyinin üzvüdür. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/sevinc-kerimova.