Rusiyanın Rostov vilayətində “Su-24” tipli qırıcı təyyarənin təlim uçuşu etdikdən sonra qəzaya uğradığı bildirilib. SİA xəbər verir ki, Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən verilən açıqlamada, Su-24 tipli döyüş təyyarəsinin Rostov vilayətində təlim uçuşu etdikdən sonra eniş zamanı boş yerə çırpıldığı bildirilib.
Ekipajın təyyarədən sağ çıxdığı qeyd edilən açıqlamada, təyyarənin qəzaya uğramasına texniki nasazlığın səbəb olduğu bildirilir. Açıqlamada təyyarənin sursatsız uçduğu bildirilib.