Türkiyənin yeganə problemi...

9 Oktyabr 2022 21:48 (UTC+04:00)

Rusiya Türkiyənin əsas qaz tədarükçüsüdür, ona görə də Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bu ilin qışında ölkənin yeganə problemi onun yüksək qiyməti hesab edir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə dövlət başçısı NTV telekanalına müsahibəsində bildirib.

Ərdoğan müsahibəsində bildirib ki, Türkiyə qışa tam hazırdır. “Ancaq problem təbii qazı vətəndaşlara daha sərfəli qiymətə necə çatdırmaqdır”, - deyə Ərdoğan bildirib.

“...Dekabr ayında ediləcək yeni qiymətləndirmələrlə minimum əmək haqqını ən uyğun rəqəmə qaldırmalıyıq”.

Xatərladaq ki, bundan əvvəl Türkiyə İran və Azərbaycanın xeyrinə Rusiyadan qazdan imtina etməyə başlayıb. Eyni zamanda, Rusiya ölkəyə qaz tədarükündə lider olaraq qalıb və.. onu 1,44 milyard kubmetr qazla təmin edib, idxalın 870 və 710 milyon kubmetri isə İran və Azərbaycanın payına düşüb.

Nazlı Almuradova