Məşhur müğənni Bakıya gəlir

8 Oktyabr 2022 21:39 (UTC+04:00)

Türk müğənni Rafet El Roman yenidən Azərbaycana gələcək. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, gələn il 14 yanvarda Bakıda konsert verəcək. Sənətçi Heydər Əliyev Sarayında səhnə alacaq.

Qeyd edək ki, Rafet 2021-in dekabrında və bu ilin iyununda da paytaxtımıza təşrif buyurmuşdu.