"Bu, Bakı kəndləri arasında keçirilən ilk turnirdir" - NAZİR AÇIQLADI

8 Oktyabr 2022 10:18 (UTC+04:00)

"Cənab Prezidenti İlham Əliyevin tapşırığı ilə bu günkü gün idmanın kütləviliyi əsas prioritet məsələdir". SİA xəbər verir ki, bu sözləri Glər və İdman naziri Fərid Qayıbov Bakı kənd və qəsəbələri arasında keçirilən uşaq futbol turnirinin açılış mərasimində qeyd edib.
Nazir bildirib ki, bu gün sanki bir bayramdır: "Ona görə ki, bu qədər uşağın birlikdə bu cür həvəslə iştirak etməsi çox sevindirici bir haldır. Bu tədbirin ərsəyə gəlməsində bir sıra federasiyaların dəstəyi var. Məhz bu tədbirdə bir neçə idman növləri vəhdət təşkil edir. Bakı kəndləri arasında keçirilən ilk tədbirimizdir. Əsas məqsədimiz bundan sonrada bu cür tədbirlər təşkil etməkdir".