Hamımız bu oyuna hazırlaşırıq - ŞAHRUDİN MƏHƏMMƏDƏLİYEV

8 Oktyabr 2022 09:24 (UTC+04:00)

Bizim "Olimpiakos" komandası ilə oyunumuz çox yaxşı keçdi".

SİA xəbər verir ki, bu sözləri "Qarabağ" komandasının qapıçısı Şahrudin Məhəmmədəliyev Bakı Tennis Akademiyasında təşkil olunan Bakı kənd və qəsəbələri arasında keçirilən futbol turnirinin açılış mərasimində qeyd edib.

İdmançının sözlərinə görə, "Olimpiakos" komandası ilə çətin oyun oldu: "Amma biz hər şeyə rəğmən qalib gəldik. Komandamız üçün "Olimpiakos"-la ev oyunuda çox önəmlidir. Hamımız bu oyuna hazırlaşırıq".