"İlk öncə möhtəşəm qələbəyə görə "Qarabağ" komandasınl təbrik edirəm". SİA xəbər verir ki, bu sözləri "Şamaxı" komandasının baş məşqçisi Vüqar Əsgərli 1:0 hesabı ilə bitən "Zirə" - "Şamaxı" oyunundan sonra keçirilən mətbuat konfransında qeyd edib.
Baş məşqçi qeyd edib ki, bu günkü oyunun çətin keçəcəyini bilirdik: "Çünki "Zirə" komandasının güclü oyunçuları var. Bu günkü oyunda çox xal itirdik. Hamıda belə bir fikir yaranıb ki, Şamaxı qurupu tərk edəcək. Belə bir şey yoxdur. Biz bütün oyunları analiz edib, komandamızı gücləndirəciyik. Komandaya yeni oyunçular gətirəciyik. Əsas məqsədimiz gəncləri komandamıza cəlb etməkdir. Biz milli komandanın oyunlarını izləyirik, yaxşı oyunçu axtarışındayıq. Bizim komandaya qarşı böyük təziqlər var. Lakin hər bir məğlubiyyətdən nəticə çıxartmaq lazımdır".