Ölkəmizdə gender bərabərliyinə həssas yanaşılır – TƏHLİL

7 Oktyabr 2022 19:02 (UTC+04:00)

Kişilərin və qadınların ictimai həyatın siyasi, iqtisadi, mədəni və digər sahələrində bərabərliyi gender siyasətinin əsasını təşkil edir. Hər bir dövlətin məqsədyönlü gender siyasətinin tərkib hissəsi dedikdə isəŞ, istər dini, istərsə də ümumbəşəri insan haqları baxımından hər iki cinsdən olanların haqlarının qorunması və möhkəmləndirilməsi, qadın və kişilərin bu hüquqlardan istifadə etməsi başa düşülür.

Gender bərabərliyi, qadın və kişilər arasında bərabərlik dünada ən aktual məsələlərdən hesab olunur. Bu baxımdan gender məsələlərinə hər zaman qlobal səviyyədə nəzarət olunur, daim diqqətdə saxlanılır. Dünyanın ən imkişaf etmiş ölkələrində gender siyasətinə xüsusi önəm verilir. Cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycanda da gender siyasəti uğurla həyata keçirilir və bunun üçün hüquqi baza da mövcuddur. Cəmiyyətin bütün sahələrində kişilər və qadınlar arasında bərabərlik təmin olunub və ölkəmiz bu istiqamətdə də nümunə hesab olunur.

Təbii ki, kişilər və qadınlar arasında bərabərliyin təmin olunması təkcə huquqi baza, qanunvericiliklə reallaşdırılmamalıdır. Çünki heç də bütün hallarda bu məsələ qanun müstəvisinə daşına bilmir, eləcə də inzibati tədbirlər kifaət etmir və bu baxımdan insanlar özləri belə bir bərabərliyin təminatçısı olmaqda maraqlı olmalıdırlar. Bir sözlə, cəmiyyət özü buna çalışmalı, ya kişinin, ya da qadının bu bərabərliyi pozmasına imkan verməməlidir. Ümumiyyətlə, insanlar bərabərlik anlayışından qorxmamalıdırlar və bilməlidirlər ki, gender bərabərliyi dedikdə nə kişinin qadının yerini tutması, nə də qadının kişinin yerinə keçməsi başa düşülmür.

Təəssüf ki, bəzən oğlan uşaqlarını ya ailədə, ya da cəmiyyətdə daha üstün tuturlar və belə yanaşma kökündən səhvdir. Əvvəla, bununla insanlar bərabərliyi süni şəkildə pozur və bərabərsizlik mühitinə şərait yaradırlar. Digər tərəfdən də süni şəkildə yaradılan həmin şərait uşaqların da tərbiyəsinə mənfi təsir göstərir. Ümumiyyətlə, qeyd olunan hallarda qanunlardan nə isə gözləmək də olmur, çünki belə hallarda, yəni oğlan uşaqlarının üstün tutulması məsələsinə müdaxilə edilməsi də mümkünsüzdür. Məhz buna görə də belə hallar ictimai qınaqla aradan qaldırılmalıdır. Belə bir qınaq eyni zamanda selektiv abortların da qarşısının alınması deməkdir, çünki oğlan uşaqlarının üstün tutulması, arzulanması qız uşaqlarının doğulmasına əngəl yaradan hərəkətlərə yol verilməsi ilə nəticələnir. Deməli, gender əsaslı zorakılıq cəmyyiətin demoqrafik vəziyyətinə də təsirsiz ötüşmür, özü də mənfi təsir edir.

Mental düşüncədə olan çərçivələr bəzən kişi və qadın arasındakı bərabərliyin pozulmasına rəvac verir. Bir çoxları elə zənn edirləri ki, din bu bərabərsizliyin yaranmasına təsir edir. Əslində isə belə deyil və heç də İslam dini bərabərsizliyə, ayrıseçkiliyə yol vermir. İslam əxlaqı insanlara həyatın bütün sahələrində bərabər olmağı tövsiyyə edir. Hələ əsrlər öncə İslam dini kişi və qadınların bərabərliyini tərənnüm edib və bu yanaşma hələ də davam edir. Kişi və qadınlar arasında bərabərsizliyə yol verilməsində İslam dinini səbəb göstərmək olmaz və dinimiz qadınlara, yaxud kişilərə münasibətdə ayrıseçkiliyi, bərabərsizliyi qəbul etmir.

Azərbaycan gender məsələlərində, kişi və qadınlar arasında bərabərliyin təmin edilməsində dünya ölkələrinin əksəriyyətindən öndədir, hətta, deyə bilərik ki, birincilər sırasındadır. Bunu tarix də təsdiq edir. Əvvəla, Azərbaycan xalqı müsəlman dini mənsubiyyətlidir və qeyd etdiyimiz kimi, İslam əxlaqı da bərabərsizliyə yol verilməsinin əleyhinədir. Eyni zamanda kişi və qadınlar arasında bərabərliyi tövsiyyə edən bir dini yanaşma bunun əleyhinə çıxış edə bilməz, əksinə, bərabərliyin təminatında xüsusi rol oynayıb və bu zamana qədər də İslam əxlaqı xalqımızı bu bərabərliyi qorumasına sövq edib. Digər tərəfdən də Şərqdə ilk dəfə seçmək, seçilmək hüququ Azərbaycan qadınına məxsus olub. Qadınlarımızın cəmiyyətdə rolunun artması ötən əsrin əvvəllərindən müşahidə edilib. Xatırladaq ki, 1908-ci ildə Azərbaycanda ilk qadın xeyriyyə cəmiyyətinin yaradıcısı Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə Məlikova olub. Oğlanların və qızların birlikdə təhsil aldığı ilk məktəbin əsasını da Azərbaycan qadını, beynəlxalq konfransda çıxış edən azərbaycanlı qadın Həmidə Məmmədquluzadə qoyub. Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə kimi tarixə düşən Azərbaycan, qadınlara səsvermə hüququnu hələ 1920-ci ildə verən Amerikanı da, həmin hüququ 1944-cü ildə verən Fransanı da qabaqlyıb və bu baxımdan demək olar ki, müsəlman şərqində Azərbaycan inqlab etmiş olub.

Azərbaycan qadını ötən əsrin əvvəllərindən etibarən ictimai proseslərdə kişilərlə bərabər çalışıb. Bu ənənə yenə də davam edir və indi də belədir. Həyatın bütün sahələrində qadınların kişilərlə bərabər olduğu özünü göstərməkdədir. İstənilən vəzifədə, dövlət qulluğunda və hərhansı sahədə desək qadınlar kişilərlə bərbər çalışırlar və hətta bu vəzifələrin, tapşırıqların, üzərlərinə düşən işin öhdəsindən layiqincə gəlirlər. Bu gün Milli Məclisdə belə çoxlu sayda qadın millət vəkillərimiz, deputatlarmız var ki, onlar öz fəaliyyətləri ilə kişilərdən geri qalmırlar və dövlətimiz də bunun üçün şərait yaradır.

Sözsüz ki, qadınların rolunun artması, kişilərlə bərabər ictimai həyatın bütün sahələrində çalşmasında dövlətimizin rolu danılmazdır, çünki Azərbaycan dövləti buna şərait yaradıb və imkanları genişləndirib. Hansısa bir sahədə qadınların işləməsi, çalışması üçün qadağa yoxdur və buna hansısa fərdlər tərəfindən mane olunmasına belə imkan verilmir. Bir sözlə, ölkəmizdə gender məsələlərinə həssas yanaşıldığı göz önündədir və kişilərlə qadınların bərabərliyi hər zaman diqqət mərkəzindədir. Azərbaycan qadını məktəblərdə, ali təhsil ocaqlarında, universitetlərdə pedaqoji fəaliyyətlə məşğuldur, elmi kəşflər edir, müxtəlif sahələrdə uğurlar qazanır və elmin də, mədəniyyətin də inkişafına töhfələr verir. Ölkəmizin milli maraqlarının müdafiəsində, idman yarışlarında qadınlarımız Azərbaycanı xaricdə təmsil edir və bütün bunların da öhdəsindən layiqincə gəlir. Azərbaycanın yetərincə diplomat qadınları və idmançıları bayrağımızı ölkə hüdudlarından kənarda da yüksəklərə qaldırır. Bütün bunlar, bu faktlar onu deməyə əsas verir ki, gender bərabərliyinin qorunması istiqamətində uğurlu nəticələrimiz var və gələcəkdə də bu bərabərliyin qorunması təmin ediləcək.

Müəllif: İnam Hacıyev

6.3.18. “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.